<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>417</hymn_number>
<lyrics>[V1]
 Ey Allahım, mənə qüvvə ver həyatda
 Addımlayım Sənin müqəddəs yolunda.
 Çətin anımda, Tanrım, kömək et mənə,
 Dönüb günahdan Sənə sadiq olum mən.

[C1]
   Günah dünyası qoy tövbəyə gəlsin,
   Sənin məhəbbətini hamı hiss etsin.
   Düşmənçiliyi unudub sülhə gəlsin,
   Məsihin azadlığını əldə etsin.

[V2]
 Allahım, mənə ver sonsuz məhəbbət,
 Qoy olsun qəlbimdə sevinc və ədalət.
 Aldığım sevinc kədəri yox etsin ,
 Günah həyatımdan ömürlük getsin.

[V3]
 Sevinc, xoşbəxtlikdir Sənin nurlu Yolun
 İstəyirəm addımlayım Səninlə mən.
 Ey Allahım, qüvvə ver mənə hər zaman
 Çağrıldığım Diyara layiq olum mən.</lyrics>
<title>Ey Allahım, mənə qüvvə ver həyatda İL417</title>
</song>